​Hindistanda tibbi avadanlıq üzrə beynəlxalq sərgilər açılacaq

​Hindistanda tibbi avadanlıq üzrə beynəlxalq sərgilər açılacaq Sərgilər gələn il yanvarın 9-11-də Banqalor şəhərində baş tutacaq
Turizm
21 İyun , 2016 21:16
​Hindistanda tibbi avadanlıq üzrə beynəlxalq sərgilər açılacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Hindistanda əczaçılıq sənayesi üzrə “India Pharma 2017” və tibbi avadanlıq üzrə “India Medical Device 2017” II beynəlxalq sərgiləri keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ("Azpromo") istinadən verdiyi xəbərə görə, sərgilər gələn il yanvarın 9-11-də Banqalor şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər.

Sərgi haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi