Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev: "Keçən illə müqayisədə turistlərin sayında 24,9 faiz artım olub"

    Bayram günlərində İran İslam Respublikasından ölkəyə 65 min turist gəlib© Report.az

    Bakı. 7 aprel. REPORT.AZ/ "Keçən ilə nisbətən bu ilin son 3 ayında ölkəyə gələn turistlərin sayında 24,9 faiz artım olub". 

    Report" xəbər verir ki, bunu Əbülfəs Qarayev Azərbaycan-Avstrya Turizm proqramının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə deyib.

    "Biz uzun müddətdir ki, belə göstərici əldə etməmişdik. Bu, dünya ölkələri arasında nadir hallardandır. Bayram günlərində İran İslam Respublikasından ölkəyə 65 min turist gəlib", - deyə,  nazir əlavə edib. 

    Nazir qeyd edib ki, bu, həm ölkəyə gələn turistlər üçün asanlaşdırılan viza sisteminin, həm də Novruz bayramı münasibəti ilə keçirilən zəngin tədbirlərin nəticəsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi