Əbülfəs Qarayev: "İştirakçıların 98%-i şopinq festivaldan məmnun qalıb"

Əbülfəs Qarayev: "İştirakçıların 98%-i şopinq festivaldan məmnun qalıb" Növbəti şopinq festivalının bu ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır
Turizm
24 May , 2017 11:22
Əbülfəs Qarayev: İştirakçıların 98%-i şopinq festivaldan məmnun qalıb

Bakı. 24 may. REPORT.AZ/ "Biz ehtimal edirdik ki, şopinq festivalları çərçivəsində büdcəyə 40-50 mln. manat vəsait daxil olacaq". "Report" xəbər verir ki, bunu Bakı Ticarət Festivalının yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, festivalın təşkili üçün büdcədən 700 min manat xərclənib: "Dövlət büdcəsindən xərclənən vəsaitlər heç 1 mln. manatı ötməyib, amma festival çərçivəsində büdcəyə 6 dəfədən çox vəsait qayıdıb. Apardığımız sorğu aşkarladı ki, 98% iştirakçı festivaldan məmnundur".

Qeyd edək ki, növbəti şopinq festivalının bu ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi