Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev Dünya Ticarət Təşkilatının baş katibi ilə görüşüb

    Nazir BMT-nin Dünya Turizm Təşkilatının ST-EP Fondunun Direktorlarının 14-cü toplantısında iştirak edib

    Bakı. 18 yanvar. REPORT.AZ/ BMT-nin Dünya Turizm Təşkilatının (DTT) ST-EP Fondunun Direktorlarının İspaniyanın Madrid şəhərində keçirilən 14-cü toplantısında iştirak edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Ticarət Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, “Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlər, bu ilin mayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və DTT-nin İcraiyyə Şurasının növbəti iclası ilə bağlı müzakirələr aparılıb.

    Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin son aylarda turizm sahəsi ilə bağlı olduqca vacib sərəncamlar verdiyini, Turizm Şurasının yaradıldığını, turizm sahəsinin inkişafı ilə bağlı strateji yol xəritəsinin təsdiq edildiyini diqqətə çatdırıb.

    DTT-nin baş katibi Taleb Rifai Prezident İlham Əliyevin doğum günündə onunla telefon əlaqəsi yaratdığını və Azərbaycanda turizm sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi apardığını xatırladaraq, bu sahənin ölkə iqtisadiyyatına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

    Nazir Ə.Qarayev 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 11 faiz artım olduğunu qeyd edərək bu rəqəmin 2017-ci ildə daha da artacağını vurğulayıb.

    Görüşün sonunda qərara alınıb ki, DTT ilə Azərbaycan arasında işçi qaydada intensiv təmaslar davam etdirilsin.

    Daha sonra  Ə.Qarayev DTT-nin ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə və Gürcüstan baş nazirinin şərəfinə təşkil edilən qəbulda iştirak edib.

    Qeyd olunub ki, görüşlərdə Azərbaycannın İspaniyadakı səfiri, DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov və nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə də iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi