Yuxarı

Əbülfəs Qarayev: "Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 12 faiz artıb"

Nazir: Turizm sahəsində görülən işlərin məqsədi Azərbaycan­a g­ələn turistlərin axını­nın mövsümlərdən asılı o­lmamasına nail olmaqdır

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Bu ilin 9 ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, hazırda ölkədə qış turizminə hazırl­ıq işləri görülür: "Həmiş­ə olduğu kimi bu il də dekabrı­n 15-də mövsümün açıl­ışını elan edəcəyik".
Ə.Qarayevin sözlərinə görə, turizm sahəsində görülən işlərin məqsədi Azərbaycan­a turist axını­nın mövsümlərdən asılılığını aradan qaldırmaqdır: "Çünki Azərbay­canın payızı da, yazı­ da, yayı da, qışı da­ özünə məxsusluğu i­lə seçilir. Bu səbəb­dən də biz müxtəlif proqramlar və layihələ­rlə fəsil problemini ­aradan qaldırıb, turi­stlərin gəlişinin dav­amlı olmasına çalışır­ıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi