Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev Almaniyada səfərdədir

    Nazir martın 8-12-də keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak edəcək

    Bakı. 6 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 8-12-də  keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, bu il martın 7-də sərginin açılış mərasimi, 8-də isə Azərbaycanın stendinin açılışı baş tutacaq. Səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, İTB Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulub.

    Əbülfəs Qarayevin həmçinin bu il martın 8-də İTB Berlin sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi