Dubaydan Qəbələyə aviareys açılır

Dubaydan Qəbələyə aviareys açılır Uçuşlar mövsümi xarakter daşıyacaq
Turizm
28 Aprel , 2017 14:13
Dubaydan Qəbələyə aviareys açılır

Bakı. 28 aprel.REPORT.AZ/ "Flydubai" aviaşirkəti mövsümlə əlaqədar birbaşa uçuşlar şəbəkəsini genişləndirir. "Report"un əldə etdiyi məlumata görə, aviaşirkət Dubaydan yay uçuşları qrafikinə Gürcüstanın Batumi, Azərbaycanın Qəbələ və Monteneqronun Tivat şəhərini də əlavə edib. 

Belə ki, Dubay-Qəbələ aviareysləri iyunun 22-dən sentyabrın 17-dək, həftədə 2 dəfə (IV və VI günlər) yerinə yetiriləcək.

Qeyd edək ki, "Flydubai" BƏƏ, Yaxın Şərq, Avropa, Hindistan, Şimali Afrika regionu da daxil olmaqla,  44 ölkə və 93 istiqamət üzrə uçuşlar yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi