Yuxarı

​Doroxin: "Mən 4 mln. rus turistin Türkiyə əvəzinə Azərbaycana gəlməsinə çox şad olardım"

Lakin bu gün Azərbaycan milyonlarla rusiyalı turisti qəbul edə bilməz

Bakı. 10 fevral. REPORT.AZ/ "Bu günə qədər Türkiyəyə gedən 4 milyon rus turist Azərbaycana gəlməyə başlasaydı, mən Rusiya səfiri kimi ən xoşbəxt insan olardım. Məmnuniyyətlə təsdiq edərdim ki, bizdə Azərbaycana olan turizm marağında artım var".

"Report" xəbər verir ki, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Qonşularımız üçün diqqəti özlərinə cəlb etməkdən ötrü yaxşı şanslar ortaya çıxır. Azərbaycanın turizmi inkişaf etdirmək üçün perspektivi var və ölkə bu istiqaməti prioritetə çevirməkdədir. Lakin bəyan etmək başqa, turizm biznesi yaratmaq başqa. Bu böyük işdir. Realist olmaq lazımdır. Respublikada turizmə böyük əhəmiyyət verilir, həm dənizdə, həm dağlarda infrastrukturu inkişaf etdirməyə çalışırlar, lakin bu gün Azərbaycan milyonlarla rusiyalı turisti qəbul edə bilməz ", - deyə səfir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi