Yuxarı
    Bağlamaq

    ​Dənizkənarı Milli Park yay mövsümünə hazırlaşır

    Restoran və kafelər də hazırlıq işləri aparır

    Bakı. 23 aprel. REPORT.AZ/ Dənizkəranı Milli Parkın ərazisində yay mövsümünə hazırlıq işləri aparılır.

    Bu barədə "Report"a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov xəbər verib.

    O bildirib ki, hazırda ömürünü başa vurmuş gül kolları yeniləri ilə əvəz olunur.

    Nazim Məcidovun sözlərinə görə, parkın ərazisində fəaliyyət göstərən restoran və kafelər də yay mövsümünə hazırlıq işləri aparır, xidmət məkanlarının qarşısnda çətirlər quraşdırılır.

    Rəis müavini onu da bildirib ki, Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Formula 1 yarışları ilə əlaqədar olaraq hazırlıq işləri aparıldığı üçün qarşıdakı aylarda uşaqlar üçün atraksionlardan pulsuz istifadə aksiyaları nəzərdə tutulmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi