Yuxarı

"Bakutel-2014" sərgisində 200-ə yaxın şirkət iştirak edəcək

Sərgidə ən çox iştirakçı Azərbaycandan olacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Dekabr ayının 2-5-də "Baku Expo Center" Sərgi Kompleksində keçiriləcək "Bakutel" kommunikasiya və informasiya texnologiyaları sərgisində dünyanın 23 ölkəsindən 195 xarici və yerli şirkət iştirak edəcək. Bu barədə "Report" "Bakutel" saytına istinadən xəbər verir.

Sərgidə HP, Lenovo, Huawei, ElbitSystems, Intel və s. kimi məşhur şirkətlər iştirak edəcəklər. 

Sərgidə ən çox iştirakçı Azərbaycandan olacaq. Tədbirdə Azərbaycanın 58 şirkəti təmsil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi