Yuxarı

Bakı-Milan aviareysləri üzrə yeni aksiya keçirilir

Uçuşların müddəti aprelin 15-dən iyunun 7-dək olmalıdır

Bakı. 12 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı-Milan aviareysləri üzrə yeni aksiyaya start verib.

"Report"a AZAL-ın mətbuat xidmətindən bildirilib ki, aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq.

Uçuşların müddəti aprelin 15-dən iyunun 7-dək olmalıdır. Aksiya çərçivəsində alınan aviabiletlər eyni reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

Bundan əlavə, aksiya dövründə Milana uçan "AZAL Miles" proqramının iştirakçıları iki dəfə çox status və səyahət balları qazanacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi