Azərbaycanla bağlı fotoşəkillər Avropanın məşhur sərgisində nümayiş etdiriləcək

Azərbaycanla bağlı fotoşəkillər Avropanın məşhur sərgisində nümayiş etdiriləcək Bununla bağlı Lüksemburqun məşhur fotoqrafı Jak Şneynderin fotoalbom-kitab işıq üzü görüb
Turizm
2 İyul , 2015 21:16
Azərbaycanla bağlı fotoşəkillər Avropanın məşhur sərgisində nümayiş etdiriləcək

Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycanın tarixi, mədəniyyəti və naliyyətlərini əks etdirən fotoşəkillər Avropanın məşhur sərgisi sayılan Photothèque sərgisində nümayiş etdiriləcək.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla bağlı Lüksemburqun məşhur fotoqrafı Jak Şneynderin dünyanın bir sıra ölkə, şəhərlər və tanınmış şəxsiyyətlərinin şəkillərinin yer aldığı fotoalbom-kitab işıq üzü görüb.

Fotoalbomda Səfir Fuad İsgəndərov tərəfindən ölkəmiz barədə verilmiş qısa məlumat, eləcə də ölkəmizin tarixi, mədəniyyəti, Şirvanşahlar sarayı kimi qədim və Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq abidələri geniş işıqlandırılıb.

Son xəbərlər

Orphus sistemi