Yuxarı
    Bağlamaq

    Azərbaycanda turizm sektoruna investisiyalar kəskin artıb

    Bu sahənin məcmu investisiyalarda payı 4%-i ötüb

    Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinə investisiya qoyuluşu illik müqayisədə 5,7 dəfə artaraq cari ilin yanvar-may ayları ərzində 260,4 mln. manata yüksəlib.

    "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bununla da onun ümumi sərmayələrdə xüsusi çəkisi 4,1% təşkil edib.

    Statistikaya əsasən, bu sahəyə sərmayələrdə may ayında kəskin artım müşahidə edilib. Belə ki, ötən ay bu sahəyə investisiyalar 6,3 dəfə artıb. Cari ilin yanvar-aprel aylarında bu sahəyə investisiya qoyuluşu cəmi 41,6 mln. manat təşkil edib.

    Qeyd edək ki, 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 6 416,3 mln. manat vəsait yönəldilib. Qeyri-neft sektoruna sərmayələrdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əksinə, azalma müşahidə olunub. Qeyri-neft sektoruna investisiyalar illik müqayisədə 0,1% azalaraq 3 657,5 mln. manat təşkil edib. Bu vəsaitin 414,4 mln. manatı qeyri-neft sənayə bölməsinin inkişafında istifadə olunub. Bu sahədə vəsaitin 55,0%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi