Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan sentyabrın 11-14-də Moskvada (Rusiya) keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinin eksklüziv tərəfdaş ölkəsidir.
İqtisadiyyat Nazirliyindən "Report"a daxil olan məlumata görə, belə bir status sərgidə iştirak edən yalnız bir ölkəyə verilir.
İlk dəfə olaraq Azərbaycanın “Worldfood Moscow” kimi nüfuzlu sərginin ekskluziv tərəfdaş ölkəsi olması sərginin açılış mərasimindəki banerdə, sərginin internet səhifəsində (
“Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, müxtəlif növ şərablar və spirtli içkilər, mineral sular, meyvə-tərəvəz, fındıq, nar, meyvə quruları, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, dondurma, şokolad və s. təqdim ediləcək. Sərgidə həmçinin Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə dair fərmanına uyğun olaraq, “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.
Qeyd edək ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunacağı sayca 3-cü sərgidir.