Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvü olub

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvü olub Ölkə 2017-2021-ci illər ərzində ali rəhbər orqanda Avropanı təmsil edəcək
Turizm
13 Sentyabr , 2017 12:38
Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvü olub

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan Ümumdünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının üzvü seçilib.

"Report"un verdiyi məlumata görə, səsvermə Çinin Çendu şəhərində keçirilən təşkilatın Baş Assambleyasının XXII sessiyası, "Turizm və dayanıqlı inkişafın məqsədləri: 2030-cu ilə gədən yolda" adlı tədbir çərçivəsində baş tutub.

Təşkilatın tərkibinə Rusiya, Litva, Rumıniya və Yunanıstan da daxil olub.

Qeyd edilən ölkələr Avropanı ali rəhbər orqanda 2017-2021-ci illər ərzində təmsil edəcək.

UNWTO BMT tərəfindən təsis edilən, 156 ölkəni özündə birləşdirən beynəlxalq qurumdur.

Son xəbərlər

Orphus sistemi