Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Tbilisidə ənənəvi Beynəlxalq Gün Festivalında təmsil olunub

    Tədbirdə 20-dək dövlətin nümayəndələri iştirak ediblər

    Tbilisi. 15 iyun. REPORT.AZ/ Azərbaycan Tbilisi şəhərindəki “New School International” məktəbində keçirilən ənənəvi Beynəlxalq Gün Festivalında iştirak edib.

    "Report"un Gürcüstan bürosunun məlumatına görə, ölkəmizi bu festivalda Azərbaycanın Gürcüstandakı səfirliyi təmsil edib.

    Tədbirdə 20-dək dövlətin nümayəndələri iştirak ediblər.

    Səfirlik festivalda Azərbaycan milli suvenirlərini, geyimlərini nümayiş etdirib. İştirakçılara Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və turizm imkanları, əsrarəngiz təbiəti haqqında gürcü, ingilis və rus dillərində kitab və jurnallar paylanılıb.

    Azərbaycanlı şagirdlər Azərbaycan milli musiqilərini, eləcə də “tərəkəmə” rəqsini ifa ediblər.

    Qonaqlar, Azərbaycanın ləziz yeməklərinin, paxlava, şəkərbura və digər şirniyyat növlərinin də dadına baxıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi