Yuxarı

Azərbaycan Küveytdən turist cəlb etmək niyyətindədir

Küveyt mədəniyyət və turizm sahəsində Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlıdır

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveytin informasiya naziri şeyx Salman Sabah Salem əl-Humud əl-Sabah ilə görüşüb.

"Report" Küveyt KİV-inə istinadən xəbər verir ki, əl-Küveytdə baş tutan görüşdə nazir küveytli turistlər üçün Azərbaycanın turizm potensialını təbliğ etmək baxımından KİV və mədəniyyət proqramlarının rolunu qeyd edib.

Eyni zamanda Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının sədri olan şeyx Salman ölkələr arasında təcrübə mübadiləsinin, eləcə də mədəniyyət və turizm sahəsində Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Öz növbəsində, Ə.Qarayev Azərbaycanla Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına (FKƏÖƏŞ) daxil dövlətlər arasındakı münasibətlərin dərinliyindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın Körfəz ölkələrindən daha çox turist cəlb etmək niyyətində olduğunu və FKƏÖƏŞ ölkələri üçün Azərbaycanın hava məkanının açıq olduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi