Yuxarı
    Bağlamaq

    Azərbaycan "I Beynəlxalq islam ticarət, biznes və turizm" yarmarkasında iştirak edib

    Azərbaycanın milli stendində ölkədə istehsal olunan müxtəlif məhsullar nümayiş olunub

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Malayziyada keçirilən "I Beynəlxalq islam ticarət, biznes və turizm" yarmarkasında iştirak edib.

    "Report" Azərbaycanın Malayziyadakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, sərgidə Azərbaycandan olan sahibkarlar və iş adamları iştirak edib. Azərbaycanın milli stendində ölkədə istehsal olunan müxtəlif məhsullar nümayiş olunub.

    Qeyd  edək ki, sərgi yanvarın 30-dan fevralın 1-nə qədər Kuala-Lumpurda keçirilib. Sərginin əsas məqsədi müxtəlif müsəlman ölkələrinin biznes dairələrinin yaxınlaşması, həmin ölkələr arasında ticarət əlaqələrinin möhkəmləndirilməsidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi