Yuxarı
    Bağlamaq

    Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sessiyasına qatılıb

    Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi, 40-dan çox ölkənin turizm naziri iştirak edir

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Misirin Luksor şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyası işə başlayıb.

    “Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Heyətin tərkibinə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, informasiya və ictimaiyyətlə əlaqələr, turizm şöbələrinin əməkdaşları Türkan Rüstəmova, Cavid Abdullayev və Bakı Turizm İnformasiya mərkəzinin direktoru Zakir Əliyev daxildir.

    Sessiyanın proqramına bu ildə turizm sahəsində meyllər və fəaliyyətlər, turizmə yanaşma, prioritetlər və idarəetmə, 2016-2017-ci illər üzrə görüləcək işlərin ümumi proqramı, büdcə ilə bağlı Komitənin hesabatı, Baş Katibin hesabatı, İcraiyyə Şurasının 104-cü Sessiyasının qərarlarına baxılması, o cümlədən gələn ildə Şuraya sədrlik məsələləri salınıb.

    Tədbirdə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, 40-dan çox ölkənin turizm naziri, nazir müavinləri, səfirləri və yüksək vəzifəli şəxsləri iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi