Azərbaycan 10-cu “Travel Turkey” İzmir sərgisində təmsil olunur

Azərbaycan 10-cu “Travel Turkey” İzmir sərgisində təmsil olunur Sərgidə Azərbaycanın sağlıq turizmi imkanları geniş təqdim edilib
Turizm
9 Dekabr , 2016 17:35
Azərbaycan 10-cu “Travel Turkey” İzmir sərgisində təmsil olunur

Bakı 9 dekabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində 10-cu “Travel Turkey” İzmir yubiley sərgisi başlayıb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 8-də başlayan sərgidə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndə heyəti də iştirak edir. Səfər THTC və TU‎RSAB-ın dəvəti ilə baş tutub.

İki gün davam edəcək sərgi B2B ikitərəfli görüşlərlə işini davam etdirəcək. Sərgidə Azərbaycanın sağlıq turizmi imkanları geniş təqdim olunur. Bundan əlavə, Duzdağ Naxçıvan sanatoriyası da ayrıca stendlə Naxçıvanın sağlıq turizmi potensialini nümayiş etdirir.

Dekabrın 11-də yekunlaşacaq 10-cu “Travel Turkey” İzmir yubiley sərgisi müddətində termal təsislərə və sağlıq mərkəzlərinə infotur təşkil edilməsi də nəzərdə tutulub. Tədbir zamanı Azərbaycanın da MAP2 HEAL online sağlıq turizmi platformasına qoşulacağı gözlənilir.

Qeyd edək ki, regionun ən böyük sağlıq turizm sərgilərindən biri hesab olunan “Travel Turkey” İzmir-də 35-dən çox ölkə 1000-dən artıq şirkətlə təmsil olunur. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sərgi çərçivəsində apardığı danışıqlar nəticəsində Türkiyənin turizm şirkətlərindən ibarət böyük bir qrupun 2017-ci ildə Azərbaycanın sağlamlıq turizmi məkanlarına info-tanıtım turunun təşkil olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi