Yuxarı

"AZAL Miles" bonus proqramı çərçivəsində yeni aksiyaya start verilib

Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox bal qazanacaqlar

Bakı. 30 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) özünün "AZAL Miles" bonus proqramı çərçivəsində yeni aksiyaya start verib. “Report” AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 1-dən iyunun 1-dək Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri) həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 06:35-də, Şarl de Qol Hava Limanına eniş isə yerli vaxtla saat 10:05-də, Parisdən uçuş yerli vaxtla saat 11:25-də, Heydər Əliyev Hava Limanına eniş Bakı vaxtı ilə saat 18:35-də olacaq.

Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə (çərşənbə axşamı və bazar günləri) yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava Limanına eniş isə yerli vaxtla saat 09:55-də olacaq. Berlindən uçuş yerli vaxtla saat 10:55-də, Bakıyada eniş isə yerli vaxtla saat 17:25-dədir.

Qeyd edək ki, Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu "Airbus A320" və "Airbus A319" laynerləri ilə həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi