ABŞ Aya turist uçuşu təşkil etmək niyyətindədir

ABŞ Aya turist uçuşu təşkil etmək niyyətindədir Bir həftəlik səyahət 2018-ci il üçün nəzərdə tutulub
Turizm
28 Fevral , 2017 05:00
ABŞ Aya turist uçuşu təşkil etmək niyyətindədir

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın "SpaceX" şirkəti 2018-ci ilin sonunda Ay ətrafına bir həftəlik iki kosmik turist göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, səyahət sınaq uçuşları bu ilə planlaşdırılan ağır "Falcon Heavy" raket daşıyıcısının köməkliyi ilə "Dragon 2" gəmisi vasitəsilə həyata keçiriləcək.

"SpaceX" turistlərin adını açıqlamayıb. Ay səthinə enmə planlaşdırılmır. Turistlərin uçuşa görə vəsaitin əsas hissəsini ödədikləri bildirilir.

Son xəbərlər

Orphus sistemi