Türkiyə "Eurovision" yarışmasına qayıdır

Türkiyə "Eurovision" yarışmasına qayıdır Türkiyə 2012-ci ildən yarışmada iştirak etməkdən imtina edir
Şou-biznes
6 Fevral , 2015 14:44
Türkiyə Eurovision yarışmasına qayıdır

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyə 3 illik fasilədən sonra 2016-cı ildə "Eurovision" mahnı yarışmasına qayıdır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar gələn il Türkiyənin milli kanalı olan TRT öz nümayəndəsini müəyyən etmək üçün seçmə mərhələsi keçirəcək. 

Qeyd edək ki, son dəfə Türkiyə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak edib, bundan sonra iştirakdan imtina edib. Bu imtinanı yarımfinallarda iştirak etmədən "Eurovision"u təsis edən 5 ölkənin birbaşa finala düşdüyü müsabiqənin ədalətsiz formatı ilə əlaqələndirib. 

Türkiyə  "Eurovision" mahnı yarışmasında 1975-ci ildən iştirak edir və 2003-cü ildə müsabiqənin qalibi olub.   

İngilis versiyası Turkey back at "Eurovision"

Son xəbərlər

Orphus sistemi