Yuxarı
    Bağlamaq

    Rusiyanın estrada müğənnisi Bakıda konsert verəcək

    Müğənni Bakı Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək

    Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın estrada müğənnisi, 90-cı illərin populyar ulduzu Vlad Staşevski Bakıya gəlir. 

    "Report" xəbər verir ki, müğənni mayın 29-da Bakı Caz Mərkəzində konsert verəcək. O, konsertdə unudulmaz hitlərini səsləndirəcək. 

    Müğənni uzun fasilədən sonra bakılı tamaşaçılar qarşısında çıxış edəcək. Konsertin əvvəlində və sonunda Dj Wave tamaşaçıları 80-90-cı illərin hitləri ilə sevindirəcək. 

    Vlad Staşevskinin "Sevgi artıq burada yaşamır" ("Любовь здесь больше не живёт"), "Məni gecə çağır" ("Позови меня в ночи"), "Daha səni gözləməyəcəm" ("Я не буду тебя больше ждать"), "Fənərlər" ("Фонари") və "Mənə inanma, əzizim" ("Не верь мне, милая") hitləri 90-cı illərdə bütün hit paradlara başçılıq edirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi