Yuxarı

Rusiyalı müğənnilər Bakıda konsert proqramı ilə çıxış edəcək

Aqutin və Presnyakovdan sonra Qaqarina gəlir

Bakı. 18 fevral. REPORT.AZ/ Heydər Əliyev Sarayının səhnəsində rusiyalı estrada ustalarının konsertləri olacaq.

"Report" xəbər verir ki, aprelin 5-də Sarayın səhnəsində Leonid Aqutin və Vladimir Presnyakov solo-konsert proqramı ilə çıxış edəcək.

Aprelin 11-də isə Polina Qaqarinanın Heydər Əliyev Sarayında solo-konsert proqramı olacaq.

Konsertlər saat 20.00-də başlanır, biletlərin qiyməti 20-160 manat arasında dəyişir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi