Rusiyalı müğənnilər Bakıda konsert proqramı ilə çıxış edəcək

Rusiyalı müğənnilər Bakıda konsert proqramı ilə çıxış edəcək Aqutin və Presnyakovdan sonra Qaqarina gəlir
Şou-biznes
18 Fevral , 2015 17:42
Rusiyalı müğənnilər Bakıda konsert proqramı ilə çıxış edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ Heydər Əliyev Sarayının səhnəsində rusiyalı estrada ustalarının konsertləri olacaq.

"Report" xəbər verir ki, aprelin 5-də Sarayın səhnəsində Leonid Aqutin və Vladimir Presnyakov solo-konsert proqramı ilə çıxış edəcək.

Aprelin 11-də isə Polina Qaqarinanın Heydər Əliyev Sarayında solo-konsert proqramı olacaq.

Konsertlər saat 20.00-də başlanır, biletlərin qiyməti 20-160 manat arasında dəyişir.  

Son xəbərlər

Orphus sistemi