Yuxarı

Müğənni Emin Ağalarovun yeni albomu təqdim olunub

Müğənni Emin Ağalarovun yeni albomu təqdim olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Emin Ağalarovun rus dilində mahnılardan ibarət olan yeni albomu təqdim olunub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, "Səmadan qorxmurduq" ("Неба не боялись") adlanan albom iki hissədən ibarətdir.

Albomun birinci hissəsi daha əvvəl yayımlanmamış yeni parçalar, digər hissəsi isə heç bir albomda yer almayan, artıq hit olmuş mahnılardan ibarətdir.

Qeyd edək ki, xalq artistinin rusiyalı müğənni Maksim Fadeevlə birgə ərsəyə gətirdiyi "Mənim Azərbaycanım" adlı dueti də bu albomda yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi