Yuxarı

Moskvada məşhur aktyor Antonio Banderasın müəllif sərgisi açılacaq

Sərgi payızda keçiriləcək

Bakı. 30 iyun. REPORT.AZ/ Məşhur aktyor Antonio Banderas Moskvada müəllif sərgisini təqdim edəcək.

"Report" xəbər verir ki, Antonio Banderas sentyabrın 14-dən noyabrın 3-dək keçiriləcək "Women in Gold" sərgisində iştirak etmək üçün Moskvaya gələcək.

Multimediya Art Muzey kompleksində keçiriləcək sərgi qadın gözəlliyinin sirləri və bu sirlərin öyrənilməsi, üzə çıxarılmasından bəhs edir.

Ekspozisiya İspaniya, Çili, Argentina və Meksikada nümayiş olunub.

Xatırladaq ki, bu layihə A.Banderasın həyatında ikincidir. İlk dəfə 2010-cu ildə təşkil edilən layihə Secrets on Black adlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi