Məşhur britaniyalı musiqiçinin zərb alətlərində ifa edən solisti vəfat edib

Məşhur britaniyalı musiqiçinin zərb alətlərində ifa edən solisti vəfat edib Baraban ifaçısı Dennis Devis xərçəng xəstəliyindən dünyasını dəyişib
Şou-biznes
8 Aprel , 2016 09:36
Məşhur britaniyalı musiqiçinin zərb alətlərində ifa edən solisti vəfat edib

Bakı. 8 aprel. REPORT.AZ/ Britaniyanın məşhur musiqiçisi Devid Bouinin ansamblında zərb alətləri ustası kimi tanınan Dennis Devis vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Devid Boui bildirib.

Xərçəng xəstəliyindən dünyasını dəyişən Dennis Devis məşhur baraban ifaçısı olub və dövrünün tanınmış müğənniləri və musiqiçiləri ilə fəal əməkdaşlıq edib.

1967-ci ildən sənətə başlayan Dennis Devis 1975-ci ildən Devid Boui ilə birlikdə çalışıb.

Birgə fəaliyyətləri nəticəsində "Berlin trilogiyası" albomu və "Heroes" sinqlı buraxılıb. Hər iki əsər musiqiçilərə şöhrət gətirib.

Son xəbərlər

Orphus sistemi