Yuxarı

Maykl Cekson "dünyasını dəyişmiş məşhurlar" sırasında ən zəngin mərhum elan edilib

Bu nəticəyə Forbes jurnalı gəlib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Dünya şöhrətli Maykl Cekson ölümündən sonra da milyonlar qazanmağa davam edir. Dünyanın ən məşhur jurnalı olan Forbes Maykl Ceksonu "dünyasını dəyişmiş məşhurlar" arasında ən zəngini adlandırıb.

"Report"un xəbərinə görə, Maykl Cekson Forbes jurnalının "zəngin mərhumlar" siyahısında artıq üçüncü dəfədir ki, birinci yeri tutur.

Maykl Ceksonun builki gəliri 115 milyon dollar olub.

Siyahıda ikinci yeri 55 milyon dollarla Elvis Presli tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi