Maykl Cekson "dünyasını dəyişmiş məşhurlar" sırasında ən zəngin mərhum elan edilib

Maykl Cekson "dünyasını dəyişmiş məşhurlar" sırasında ən zəngin mərhum elan edilib Bu nəticəyə Forbes jurnalı gəlib
Şou-biznes
28 Oktyabr , 2015 13:28
Maykl Cekson dünyasını dəyişmiş məşhurlar sırasında ən zəngin mərhum elan edilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Dünya şöhrətli Maykl Cekson ölümündən sonra da milyonlar qazanmağa davam edir. Dünyanın ən məşhur jurnalı olan Forbes Maykl Ceksonu "dünyasını dəyişmiş məşhurlar" arasında ən zəngini adlandırıb.

"Report"un xəbərinə görə, Maykl Cekson Forbes jurnalının "zəngin mərhumlar" siyahısında artıq üçüncü dəfədir ki, birinci yeri tutur.

Maykl Ceksonun builki gəliri 115 milyon dollar olub.

Siyahıda ikinci yeri 55 milyon dollarla Elvis Presli tutub.

Son xəbərlər

Orphus sistemi