Yuxarı

“Marvel Studios”un filmləri nüfuzlu mükafatlara layiq görülüb

“Marvel Studios”un filmləri nüfuzlu mükafatlara layiq görülüb
© cnet.com

“Marvel Studios” kinostudiyasının altı filmi "MTV Movie & TV Awards" mükafatının müxtəlif nominasiyalarına layiq görülüb.

“Report” mükafatın rəsmi saytına istinadən xəbər verir ki, əsas “Best Movie” nominasiyasına Antoni və Co Russoların “Avengers: Endgame” (“Qisasçılar: son oyun”) qəhrəmanlıq filmi layiq görülüb.

Həmçinin Ruben Fleyşerin “Venom”, Ceyms Vanın “Aquaman” fantastik filmləri “Ən yaxşı öpüş” nominasiyasında, Ann Boden və Rayan Flekin “Captain Marvel” filmi “Ən yaxşı qəhrəman” və “Ən yaxşı döyüş” nominasiyalarında, David Sandberqin “Shazam!” filmi “Ən yaxşı komediya performansı” nominasiyasında mükafat alıb. Adıçəkilən filmlərin bəziləri “Marvel” studiyası tərəfindən, digərləri isə iştirakı ilə çəkilib.

Həmçinin "MTV Movie & TV Awards" əsas mükafatına “Game of Trones” serialı layiq görülüb.

Qeyd edək ki, mükafatların təqdimatı iyunun 17-də Kaliforniyanın Santa Monika şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi