Yuxarı
    Bağlamaq

    Los-Ancelesdə 58-ci "Qremmi" mükafatının təqdimat mərasimi keçirilib

    Nüfuzlu musiqi mükafatının bu dəfəki qalibləri müəyyən edilib

    Bakı. 16 fevral. REPORT.AZ/ Los-Ancelesdə dünyanın ən nüfuzlu musiqi mükafatı sayılan "Qremmi" mükafatının 58-ci dəfə təqdimat mərasimi keçirilib.

    "Report" xəbər verir ki, ən yaxşı albom nominasiyasında populyar müğənni Teylor Sfift "1989" musiqi albomuna görə "Qremmi" mükafatını qazanıb.

    Amerikalı rep ifaçısı Kendrik Lamar "To Pimp a Butterfly" albomu ilə 11 nominasiyadan 5-ni qazanaraq rekord nəticə nümayiş etdirib.

    Ən yaxşı mahnı nominasiyasında britaniyalı ifaçılar Edu Şiran "Thinking Out Loud" kompozisiyasına görə, Mark Ronson və Bruno Mars "İlin mahnısı" nominasiyasında "Uptown Funk" kompozisiyasına görə "Qremmi" mükafatının qalibi olub.

    Namizədlər arasında Ledi Qaqanın adı çəkilsə də, bu il "Qremmi" mükafatını əldə etmək müğənniyə nəsib olmayıb.

    Təqdimat mərasiminin açılşında hit mahnılarını səsləndirən Ledi Qaqa səhnəyə Devid Boyinin obrazında çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi