Yuxarı

"Lionsgate" səkkizinci "Mişar"ı çəkir

"Lionsgate" səkkizinci "Mişar"ı çəkir
2010-cu ildə Mişar filmlər seriyası ən uğurlu dəhşətli kinolent kimi Ginnesin Rekordlar Kitabına düşüb

Bakı. 10 fevral. REPORT.AZ/ "Lionsgate" kinostudiyası "Mişar: İrs" qorxu filmi üzərində işləməyə başlayıb. "Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, sayca səkkizinci olacaq budəfəki "Mişar"ın ssenarisini Coş Stolberq və Pit Qoldfinger yazacaq.

Rejissor və aktyorların axtarışına tezliklə başlanacaq. "Lionsgate"də yeni lentin əvvəlkilərin davamı olmayacağını istisna etməyiblər.

"Mişar" filminin əvvəlki 7 seriyası 2004-2010-cu illərdə prokatda olub.

2010-cu ildə "Mişar" filmlər seriyası ən uğurlu dəhşətli kinolent kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi