Yuxarı

Kiyev administrasiyasının rəhbər müavini: "Eurovision-2017" üçün bütün işlər vaxtında başa çatdırılacaq"

Kiyev administrasiyasının rəhbər müavini: "Eurovision-2017" üçün bütün işlər vaxtında başa çatdırılacaq"
Müsabiqə günlərində Kiyev 20 minə yaxın xarici turist gözləyir

Kiyev. 5 aprel. REPORT.AZ/ Kiyev "Eurovision" illik mahnı müsabiqəsi ilə əlaqədar 20 minə yaxın xarici, bundan 2-3 dəfə çox yerli turist gözləyir.

Bu barədə "Report"un Ukrayna bürosuna Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbər müavini Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, hazırda Kiyevdə 3 ulduzludan tutmuş 5 ulduzluya qədər hotellərdə 19,3 min, hostellərdə təxminən 2 min, paytaxt kənarındakı ərazilərdə isə hotellərdə 2,5 min yer var.

"Eurovision" zamanı nəqliyyat vasitələrinin hərəkəti dəyişməyəcək. Nümayəndə heyətləri üçün ayrıca avtobuslar olacaq. Ehtiyac yaranacağı təqdirdə ictimai nəqliyyatın işi uzadılacaq, əlavə avtobuslar istifadəyə veriləcək", - A.Reznikov vurğulayıb.

O, həmçinin Kiyev şəhərinin müsabiqənin tərəfdaş kimi, əyləncə zonaları hazırladığını qeyd edib:

"Eurovision" üçün nəzərdə tutulmuş bütün işlər vaxtında başa çatdırılacaq. Kiyev administrasiyasının hazırladığı əyləncə zonaları Sofiya, Troitskaya, Kontraktovaya, Poçt meydanlarında, "Kiyev qalası" Milli Tarix-Memarlıq qoruğunda hazırlanacaq. Həmçinin "KyivArtWeek" müasir incəsənət həftəsi və 3D-mappinq-şou keçiriləcək", - şəhər administrasiyasının nümayəndəsi deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi