“Junior Eurovision 2018” mahnı müsabiqəsinin qalibi məlum olub

“Junior Eurovision 2018” mahnı müsabiqəsinin qalibi məlum olub Bakı. 26 noyabr. REPORT.AZ/ Belarus paytaxtı Minskdə “Junior Eurovision 2018” mahnı müsabiqəsinin finalı keçirilib.
Şou-biznes
26 Noyabr , 2018 10:32
“Junior Eurovision 2018” mahnı müsabiqəsinin qalibi məlum olub
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ Belarus paytaxtı Minskdə “Junior Eurovision 2018” mahnı müsabiqəsinin finalı keçirilib.

“Report” xəbər verir ki, yarışmada Azərbaycanı təmsil edən Fidan Hüseynova “I Wanna Be Like You” mahnısını səsləndirib. 

O, 47 səs toplayaraq 16-cı yerə layiq görülüb.

Müsabiqənin qalibi isə “Anyone I Want To Be” mahnısını səsləndirən Polşa təmsilçisi Roksana Vegiel olub. O, 217 səs toplayıb.

Qeyd edək ki, finalda Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Azərbaycan, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri yarışıblar.

Son xəbərlər

Orphus sistemi