Yuxarı

Jerar Depardye Türkiyə vətəndaşı olmaq istəyir

Jerar Depardye Türkiyə vətəndaşı olmaq istəyir

Bakı. 17 sentyabr. REPORT.AZ / Məşhur fransız kinoaktyoru Jerar Depardye Türkiyə vətəndaşı olmaq arzusundadır.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, o, gələn ay Türkiyəyə gedib bu ölkənin vətəndaşlığını almaq üçün prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini bildirib.

Qeyd edək ki, 69 yaşlı kinoaktyor hazırda həm də Rusiya və Əlcəzair pasportlarının sahibidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi