Yuxarı

İsfar Sarabski Rumıniyada konsert proqramı ilə çıxış edib

İsfar Sarabski Rumıniyada konsert proqramı ilə çıxış edib
“Mozaic” caz festivalında tanınmış cazmenlər iştirak edir

Buxarest. 11 noyabr. REPORT.AZ/ Rumıniyanın Sibiu şəhərində “Mozaic” caz festivalı keçirilir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, festivalın ilk günü Montrö Caz festivalının qalibi, Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski solo konsert proqramı ilə çıxış edib.

“Novruz”, “G-Man”, "Generation”, "Edge”, "Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta” və digər əsərlərin müəllifi olan azərbaycanlı gənc cazmenin ifası festival iştirakçılarının alqışları ilə müşayiət olunub. “Mozaic” caz festivalı noyabrın 12-dək davam edəcək.

Hər il Sibiu şəhərində təşkil olunan festivalda dünyanın aparıcı cazmenləri konsert proqramları ilə çıxış edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi