İsfar Sarabski Rumıniyada konsert proqramı ilə çıxış edib

İsfar Sarabski Rumıniyada konsert proqramı ilə çıxış edib “Mozaic” caz festivalında tanınmış cazmenlər iştirak edir
Şou-biznes
11 Noyabr , 2017 18:32
İsfar Sarabski Rumıniyada konsert proqramı ilə çıxış edib

Buxarest. 11 noyabr. REPORT.AZ/ Rumıniyanın Sibiu şəhərində “Mozaic” caz festivalı keçirilir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, festivalın ilk günü Montrö Caz festivalının qalibi, Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski solo konsert proqramı ilə çıxış edib.

“Novruz”, “G-Man”, "Generation”, "Edge”, "Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta” və digər əsərlərin müəllifi olan azərbaycanlı gənc cazmenin ifası festival iştirakçılarının alqışları ilə müşayiət olunub. “Mozaic” caz festivalı noyabrın 12-dək davam edəcək.

Hər il Sibiu şəhərində təşkil olunan festivalda dünyanın aparıcı cazmenləri konsert proqramları ilə çıxış edirlər.

Son xəbərlər

Orphus sistemi