Yuxarı
    Bağlamaq

    "CinemaPlus Azerbaijan" kinoteatrı 24 saat işləyəcək

    İyunun 1-dən etibarən CinemaPlus Azerbaijan kinoteatrı fasiləsiz film nümayiş etdirəcək

    Bakı. 25 may. REPORT.AZ/ Premium kinoteatr "CinemaPlus Azerbaijan" çoxlu sayda kino həvəskarları üçün sürpriz hazırlayıb.

     "Report"un xəbərinə görə, indi Bakıda gecəni təkcə restoran və klublarda əylənmək deyil həmçinin kinoya da baxmaq olar.

    İyunun 1-dən etibarən "CinemaPlus Azerbaijan" kinoteatrı ilk dəfə fasiləsiz film nümayiş etdirəcək.

    Qeyd edək ki, kinoteatr Məmməd Əmin Rəsulzadə küçəsində yerləşir, giriş isə elə köhnə zamanda olduğu kimi Əbdülkərim Əlizadə küçəsindəndir. Bu əfsanəni “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi qaytarıb.

    Kinoteatrda dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.

    Xüsusi zövq ilə layihələndirilən VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər. Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb.

    Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi