Yuxarı

Heydər Əliyev Mərkəzinin parkında “MUZ-TV diskoteka”

​Heydər Əliyev Mərkəzinin parkında “MUZ-TV diskoteka”

Heydər Əliyev Mərkəzinin parkında “MUZ-TV diskoteka” keçirilib.

Heydər Əliyev Fondundan “Report”a verilən məlumata görə, “Jara” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Rusiyanın “MUZ TV” telekanalının təşkilatçılığı ilə təşkil olunan diskotekada Emin, Svetlana Loboda, İrina Dubtsova, HammAli & Navai, Mari Kraymberi, MBAND, Mot, NATAN, Nyuşa, Ciqan, Rauf & Faik, Zvonki, Aleksey Çumakov, Yuliya Kovalçuk, RASA, Mitya Fomin, İrina Nelson, Maşa Veber və digər estrada ulduzları çıxış edib.

Minlərlə şəhər sakini və qonaqların əyləndiyi tədbirin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi