Yuxarı

Fransalı müğənni 35 yaşında səhnədə dünyasını dəyişib

Fransalı müğənni 35 yaşında səhnədə dünyasını dəyişib
Polis araşdırmalara başlayıb

Bakı. 20 iyul. REPORT.AZ/ Fransalı müğənni Barbara Veldens 35 yaşında səhnədə dünyasını dəyişib.

Bu barədə "Report" "BBC"yə istinadən xəbər verir.

Veldensin ilk albomu bu ilin fevralında işıq üzü görüb. O, qastrol turu çərçivəsində Qurdon kəndində keçirilən festivalda çıxış edib. Konsertin yarısında onun halı pisləşib.

Ehtimallara görə, müğənninin ürəyi dayanıb. Bəzi məlumatlara görə isə, Veldens gərginlik altına düşüb.

Polis araşdırmalara başlayıb. Hadisənin təfərrüatları haqqında məlumat verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi