Yuxarı

"Forbes" ilin ən gəlirli aktyorunun adını açıqlayıb

Kris Evansın qonorarı kimi xərclənən hər 1 dollara görə filmin yaradıcıları 135,8 dollar qazanır

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ-da işıq üzü görən məşhur "Forbes" jurnalı Kris Evansı 2016-cı ildə studiyalar üçün ən gəlirli aktyor elan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun qonorarı kimi xərclənən hər 1 dollara görə, filmin yaradıcıları 135,8 dollar qazanır.

K.Evans "Qisasçılar", "İlk qisasçı", "İlk qisasçı: Başqa müharibə" və "İlk qisasçı: Qarşıdurma" filmlərindəki Kapitan Amerika rolu ilə tanınır.

Reytinqdə, həmçinin Kris Pratt, Skarlett Yohansson, Mila Kunis, Vin Dizel, Cennifer Eniston, Ben Afflek, Robert Dauni-cunior, Mett Deymon və Cennifer Lourens yüksək pillələrdə qərarlaşıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi