Yuxarı
    Bağlamaq

    "Eurovision" müsabiqəsinin rəsmi fan-klublarının səsverməsinin yekun nəticələri məlum olub

    OGAE səsverməsində qalib İtaliya nümayəndəsi Françesko Qabbani olub

    Bakı. 2 may. REPORT.AZ/ "Eurovision" müsabiqəsinin rəsmi fan-klublarının (OGAE) səsverməsinin yekun nəticələri məlum olub.

    "Report" xəbər verir ki, səsverməyə əsasən, Azərbaycan 34 xalla 15-ci yerdə qərarlaşıb.

    Ermənistan təmsilçisi 7 xalla 25-ci, Gürcüstan nümayəndəsi 4 xalla 30-cu olub.

    OGAE səsverməsində qalib İtaliya nümayəndəsi Françesko Qabbani (497 xal) olub. İkinci yerdə Belçikalı xanım müğənni Blanşe (335 xal), üçüncü yerdə isə İsveç təmsilçisi Robin Benqtsson (308 xal) qərarlaşıb.

    Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə Diana Hacıyeva (DiHaj) təmsil edəcək.

    Bu il "Eurovision" müsabiqəsi 9, 11 və 13 may tarixlərində Kiyevdə keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi