Yuxarı

4DX formatındakı “Malifisenta” və “Zombilənd” böyük dünyada maraqla qarşılanıb - VİDEO

DX formatındakı “Malifisenta” və “Zombilənd” böyük maraqla qarşılanıb

“Malefisenta: Qaranlıq şahzadəsi” və “Zombilənd: Nəzarət atəşi” filmlərini gözləyənlər onu 4DX formatında izləmək fürsətinə yiyələniblər.

"Report"un xəbərinə görə, bu zaman kinoteatrın oturacaqları yüksəldilib və aşağısında altlıqlar yerləşdirilib. İzləyicilər isə oturarkən bunun rahat bir kreslo olmayacağının fərqinə varıb. “Malefisenta: Qaranlıq şahzadəsi” filmi boyunca kreslo ritmə uyğun olaraq hərəkət edib. Bu isə insanlara yaşamadıqları bir çox duyğunu yaşama həyəcanı verib. Kreslolar hərəkət edib və titrəməyə başlayıb. Hətta film zamanı yağış da yağıb. Mütəmadi külək əsib. Film boyunca “şimşək çaxıb”, hətta buna görə kreslosundan qalxanlar da olub. Seans zamanı zallardan aroma qoxusu da gəlib. Bütün bunlar 4DX formatını özündə əks etdirib. Bu, tamamilə çox maraqlı və yeni bir nüansdır.

Tamaşaçılar “Zombilənd”in ilk filmini bəyənibsə, ikinci hissədən də xoşhal olacaq. İlk hissəni görməyənlərin isə yumor hissi yerindədirsə, ekran işinin onların ürəyincə olma ehtimalı yüksəkdir.

“Zombilənd: Nəzarət atəşi” – bu həminki ən hörmətsiz fırıldaqlardır ki, onu sələfindən bir neçə parlaq personaj və qorxudan zombilir fərqləndirir.

4DX formatında film izləmək əyləncəlidir. Kresloların tərpənməsi, titrəməsi və arabir su damcılarının üstünüzə düşməsi zombilərlə savaşmaq üçün idealdır. Bu izləyicinin düşüncələrini çöldə qoyub, yaxşı zaman keçirəcəyi bir filmdir. Həqiqətən, çox əyləncəli və gözlənilməzdir!

Hər 4DX zalı 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir. 4DX formatında 650-dən çox Hollivud filmləri nümayiş etdirilib. Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi