Dünya şöhrətli kinorejissor vəfat edib

Dünya şöhrətli kinorejissor vəfat edib Artur Hiller 93 yaşında dünyasını dəyişib
Şou-biznes
18 Avqust , 2016 18:28
Dünya şöhrətli kinorejissor vəfat edib

Bakı. 18 avqust. REPORT.AZ/ Dünya şöhrətli kanadalı kinorejissor və prodüsser Artur Hiller vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, rejissor Los-Ancelesdə 93 yaşında düynasını dəyişib.

Qeyd edək ki, Artur Hiller 1923-cü il noyabrın 22-də Kanadada anadan olub. Sənət karyerasına 1950-ci illərdə başlayan rejossorun ekranlaşdırdığı filmlər "Oskar" və "Qızıl Qlobus" kino mükafatlarına layiq görülüb. Onun ən məşhur filmi 1970-ci ildə çəkdiyi "Məhəbbət hekayəsi" ekran əsəri "Oskar" mükafatı qazanıb.


Son xəbərlər

Orphus sistemi