Yuxarı

Dünya şöhrətli estrada ulduzları ilin sonuna kimi Bakıda konsert verəcək

Sarayın səhnəsində solo-konsertlər keçiriləcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin sonuna kimi Heydər Əliyev adına Sarayda bir sıra estrada ulduzlarının konserti təşkil olunacaq. 

"Report" xəbər verir ki, Sarayın mətbuat xidməti məlumat verib ki, noyabrın 23-də sarayın səhnəsində dünya estradasının ulduzu Lara Fabianın, dekabrın 5-də Rusiyanın populyar müğənnisi Qriqoriy Lepsin solo-konsertləri keçiriləcək. Dekabrın 8-də bəstəkar İmruzə Hüseynovanın "Darıxmışam sənin üçün" adlı yaradıcılıq gecəsi təşkil ediləcək. Gecədə xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Ağadadaş Ağayev, Nisə Qasımova və başqaları çıxış edəcəklər. Dekabrın sonundan isə Sarayın səhnəsi Şaxta Baba və Qar Qızın ixtiyarına veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi