Dünya şöhrətli estrada ulduzları ilin sonuna kimi Bakıda konsert verəcək

Dünya şöhrətli estrada ulduzları ilin sonuna kimi Bakıda konsert verəcək Sarayın səhnəsində solo-konsertlər keçiriləcək
Şou-biznes
373
17 Noyabr , 2014 11:22
Dünya şöhrətli estrada ulduzları ilin sonuna kimi Bakıda konsert verəcək
Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin sonuna kimi Heydər Əliyev adına Sarayda bir sıra estrada ulduzlarının konserti təşkil olunacaq. 

"Report" xəbər verir ki, Sarayın mətbuat xidməti məlumat verib ki, noyabrın 23-də sarayın səhnəsində dünya estradasının ulduzu Lara Fabianın, dekabrın 5-də Rusiyanın populyar müğənnisi Qriqoriy Lepsin solo-konsertləri keçiriləcək. Dekabrın 8-də bəstəkar İmruzə Hüseynovanın "Darıxmışam sənin üçün" adlı yaradıcılıq gecəsi təşkil ediləcək. Gecədə xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Ağadadaş Ağayev, Nisə Qasımova və başqaları çıxış edəcəklər. Dekabrın sonundan isə Sarayın səhnəsi Şaxta Baba və Qar Qızın ixtiyarına veriləcək.

Son xəbərlər

Orphus sistemi