Yuxarı
    Bağlamaq

    DiKaprio "Malayziya işi" üzrə dindirilib

    Bakı. 5 yanvar. REPORT.AZ/ Aktyor Leonardo DiKaprio ehtimal olunan korrupsiya faktı işi üzrə dindirilib.

    "Report" "Hollywood reporter"ə istinadən xəbər verir ki, aktyor qapalı rejimdə "Uoll stritdən olan canavar" filmini maliyyələşdirmək üçün istifadə olunduğu iddia edilən pulların yuyulması üzrə beynəlxalq sxemə qarşı aparılan "Malayziya işi" üzrə şahid qismində dindirilib.

    KİV-in məlumatına görə, aktyor Vaşinqtonda həmçinin onun "Red Granite Pictures" prodüserlik şirkətinə təsir edən çoxmilyardlıq korrupsiya qalmaqalındakı rolu barədə ifadə verib. DiKaprionun ifadəsinin məzmunu açıqlanmır.

    İstintaq DiKaprio Fondu ilə Malayziyanın suveren sərvət fondundan pul vəsaitlərinin oğurlanması sxemi arasında ehtimal edilən əlaqə ilə bağlıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi