Yuxarı

Di Kaprio yenicə qazandığı "Oskar"ı restoranda unudub - VİDEO

Aktyor və həmkarları mükafatı Los-Anceles restoranlarından birində qeyd edib

Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 29-na keçən gecə "Sağ qalmış" filmində ən yaxşı kişi roluna görə "Oskar" mükafatı qazanan aktyor Leonardo Di Kaprio rəmzi heykəlciyi restoranda unudub.

"Report" xəbər verir ki, bu barədə məlumatı əməkdaşı mükafatı qeydetmə gecəsini lentə almağı bacaran TMZ portalı verib.

Di Kaprio və həmkarları mükafatı Los-Anceles restoranlarından birində qeyd edib. Aktyor restorandan çıxıb avtomobilə əyləşərkən içəridən bir nəfər qaçaraq heykəlciyi ona gətirib. Mükafatın yardımçılarından birinə verilməsini istəyən Di Kaprio başqa bir şəxsdən içki şüşəsi alıb.

Qeyd edək ki, Di Kaprio buna qədər 5 dəfə Amerika kinosunun ən nüfuzlu mükafatına namizəd olsa da, qalib gələ bilməmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi